Bakıda avtomobildən pul və telefon oğurlanıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Səbail rayonu ərazisində “Nissan” markalı avtomobildən 1800 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Renat Şahbazov saxlanılıb.

Araşdırma aparılır.