Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, 8 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 511,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 620,4 dollar) ilə müqayisədə 6,7% azdır.