Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 150 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, 10 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 146,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 175,8 dollar) ilə müqayisədə 2,5% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.