Kahramanmaraşda olan zəlzələlərlə əlaqədar Avropa İttifaqı Türkiyəyə 400 milyon avroluq yardım ayırıb.

Bu barədə İqtisadiyyat.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir.

Məlumata görə, Avropa Komissiyası Türkiyə, İtaliya və Rumıniyaya ümumilikdə 454,8 milyon avroluq təbii fəlakət yardımını təsdiqləyib. Yardımın 400 milyonu fevral ayında baş verən Kahramanmaraş mərkəzli zəlzələlərə görə Türkiyəyə veriləcək. Vəsaitin 33,9 milyon avrosu ötən il quraqlıqdan əziyyət çəkən Rumıniyaya, 20,9 milyon avrosu isə ötən ilin sentyabrında daşqınların dağıntılara səbəb olduğu İtaliyaya ayrılacaq.

Vəsait Avropa İttifaqının büdcəsinin həmrəylik və təcili yardım üçün ayrılmış hissəsindən ödəniləcək. Maliyyə yardımı Avropa Parlamenti və Avropa Şurası tərəfindən yekun təsdiqdən sonra veriləcək.

 

Gözəl Həşimova