İqtisadiyyat.az xəbər verir ki, bank Azərbaycanda ilk dəfə olaraq Visa Signature məhsulunu təqdim edib.

Özəl hazırlanan bu plastik kart Visa kartlarının üstünlüklərini və yüksək statusu özündə cəmləməyə bacarıb. Visa Signature nəinki Zaqafqaziyada, hətta Cənub-Şərqi Avropa regionunda belə Azərbaycan banklarından yeganə olaraq “AtaBank” ASC tərəfindən emissiya edilir. 

Visa Signature kart sahibləri dünya üzrə müxtəlif xidmət və təkliflərdən yararlana bilirlər. Belə ki, beynəlxalq müştəri və konsyerj xidməti, səhiyyə və sığorta dəstəyi, həmçinin digər imtiyaz və təkliflər sahibinə və onun yaxınlarına olduqları hər yerdə xüsusi status bəxş edəcək.