Dolların möhkəmlənməsi fonunda Hindistan valyutası olan rupi rekord səviyyədə dəyər itirib.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Valyuta 0,2% ucuzlaşaraq 1 dollar üçün 83,6512 rupi olub. Əvvəlki rekord 83,5750 rupi olub.

Hindistan Bankı məzənnədə kəskin dalğalanmaların qarşısını almağa çalışır. Buna baxmayaraq, valyuta Honq Konq dollarından sonra Asiyada ən gəlirli valyuta olaraq qalır.

 

Gözəl Həşimova