ABŞ prezidenti Co Baydenin reytinqi hazırda 39% təşkil edir. Buna əsasən, respondentlərin 58%-i Baydenin siyasətinin ölkədəki iqtisadi vəziyyətə təsirini mənfi qiymətləndirib.

İqtisadiyyat.az "CNN"ə istinadən xəbər verir ki, bu göstərici ötən illə müqayisədə 8% faiz bəndi çoxdur.

Məlumata görə, respondentlərin 70%-i ölkədə işlərin pis getdiyinə inanır. Bildirilib ki, hökumət daxili problemləri həll etmək üçün daha çox iş görməlidir.

 

Gözəl Həşimova