Almaniya Ukraynaya 20 milyon avro dəyərində yeni hərbi yardım paketi ayırıb.

İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

Nazirin sözlərinə görə, əlavə paket Almaniyanın bu il ümumi yardım həcmini 380 milyon avroya çatdıracaq. Ayrılan vəsaitin humanitar yardım üçün istifadə olunacağı bildirilir.

 

Gözəl Həşimova