"Almaniya Ukraynaya yeni yardım paketi ayırıb. Bu paketə müxtəlif sursatlar daxildir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius "Bild" qəzetinə müsahibəsində deyib.

"Bəli. Biz əlavə sursat tədarük edəcəyik. Bura yüksək partlayıcı sursatlar, minaatan, mina əleyhinə raketlər vəs. daxildir", - Pistorius Kiyevə yeni yardım paketinin planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala cavab verib. 

Eyni zamanda o, əlavə edib ki, Ukraynanın silah-sursata çox ehtiyacı var: "Bundan əlavə, biz müdafiə avadanlığı və minatəmizləmə sistemləri ilə bağlı kömək edəcəyik. Bununla belə, yaxınlaşan qışın qayğısına qaldıq: geyim, eləcə də elektrik və istilik generatorları göndərəcəyik. Paketin ümumi həcmi 400 milyon avro olacaq".