Nyu-York şəhəri hər il 1,6 millimetr çökür.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı "NASA Jet Propulsion və Rutgers" Universitetinin alimləri araşdırma aparıb.

Araşdırmaya görə, Nyu-Yorkda göydələnlərin üstünlük təşkil etdiyi bəzi ərazilərin sürətli şəkildə çökdüyü müəyyən olunub.

Tədqiqatçılar dəniz suyu səviyyəsinin yüksəlməsi səbəbiylə şəhərin çökmə riskinin daha da artdığını bildiriblər. Bu yerlərdə çökmənin həmin ərazilərin torpaqla doldurulması ilə bağlı olması ehtimal olunur.

Gülşən Şərif