Avropa İttifaqı (Aİ) Ukraynaya ən azı 1,3 milyon silah çatdırmağı planlaşdırır. 

Bu barədə İqtisadiyyat.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir.

Qeyd edilir ki, Avropanın daxili bazar üzrə komissarı Teri Breton Estoniyanın paytaxtı Tallinə səfəri zamanı bu ölkənin baş naziri Kaja Kallas ilə görüşüb.

Komissar Aİ-nin Ukraynaya dəstəyindən danışıb.

O, Avropanın bundan sonra da Ukraynaya bütün imkanları ilə dəstəyini davam etdirəcəyini vurğulayıb. 

Breton söyləyib ki, Aİ bu ilin sonuna qədər ən azı 1,3 milyon top mərmisi istehsal edərək Ukraynaya çatdırmağı planlaşdırır.

 

Əli Ağayev