"Avropa İttifaqı (Aİ) Ukraynada xüsusi hərbi əməliyyatın başlamasının ikinci ildönümünə qədər Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

"Bəli, təsdiq edə bilərəm ki, həm üzv ölkələr, həm də diplomatiya rəhbəri müharibənin ikinci ildönümünü Rusiyaya qarşı yeni sanksiyalarla qeyd etmək niyyətindədir", - deyə o bildirib.

"Bloomberg" daha əvvəl mənbələrinə istinadən xəbər vermişdi ki, Avropa İttifaqı Rusiya Federasiyasına qarşı yeni ticarət məhdudiyyətləri və sanksiya siyahılarının genişləndirilməsini əhatə edə biləcək 13-cü sanksiyalar paketini müzakirə etməyə başlayıb. Agentliyin məlumatına görə, çərşənbə günü birlik ölkələrinin səfirlərinin görüşündə fevralın 24-dək qəbul edilməsi planlaşdırılan mümkün sanksiyalar müzakirə edilib. Onlar sanksiya siyahılarının genişləndirilməsi, əlavə ticarət məhdudiyyətləri, habelə Rusiya Federasiyasının sanksiyalardan yayınması ilə mübarizə tədbirləri məsələlərini müzakirə ediblər.