Ağstafada bıçaqlanma hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki. bu barədə DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Hadisə rayon mərkəzində qeydə alınıb.

1987-ci il təvəllüdlü Nurən Babayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib və dərhal o əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Babayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1991-ci il təvəllüdlü Mahir Kazımov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.