Abşeronda atasını bıçaqlayan şəxsə ittiham elan olunub.

İqtisadiyyat.az xəbər verir ki, bıçaqlanma hadisəsi Masazır kəndində qeydə alınıb.

Əliyev Ceyhun Mobil oğlu yanvarın 22-də mənzildə atası 1956-cı il təvəllüdlü Əliyev Mobil Məhərrəm oğlunu bıçaqlayıb.

O, aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı atasının qarın nahiyəsindən qəsdən iki dəfə bıçaqla zərbə vurub və ona ağır zərər vurmaya aid xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.          

Ceyhun Əliyev şübhəli şəxs qismində tutulub. O, CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilib.