Bu il Meksikadan ABŞ-yə keçmək istəyən immiqrantların sayı 2 milyon 240 mini ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatında deyilir.

Bu il immiqrantlar daha çoxu Mərkəzi Amerika ölkələrindən ABŞ-yə getmək istəyiblər.

Beynəlxalq Miqrasiya Təşkilatının sentyabrın 12-də dərc etdiyi hesabata görə, Meksika-ABŞ marşrutu dünyanın ən təhlükəli quru miqrasiya yolu kimi qeydə alınıb.

 

Gözəl Həşimova