"Vaşinqton hesab edir ki, Moskva indiki mərhələdə onunla silahlara nəzarət sahəsində ikitərəfli formatda qarşılıqlı fəaliyyət göstərmək niyyətində deyil. ABŞ isə çoxtərəfli platformalarda belə məsələlərdə əməkdaşlığa hazırdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi köməkçisi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət, tərksilah və yayılmaması üzrə baş direktoru Pranay Vaddi deyib.

"Bütün deyilənlərə baxmayaraq, Rusiya ilə qarşılıqlı fəaliyyət üçün başqa platformalar və çoxtərəfli formatlar mövcuddur. Biz bu formatlardan istifadə edəcəyik, milli maraqlarımızı təmin etmək üçün prioritetlərimizə nail olmağa çalışacağıq. Və ümid edirik ki, Rusiya da bu addımlarda yer alacaq", - deyə Vaddi bildirib.