ABŞ kəşfiyyat orqanları İran prezidenti İbrahim Rəisinin helikopter qəzasını qəza kimi təsnif edib.

İqtisadiyyat.az “NBC News”a istinadən xəbər verir ki, bu barədə Senatdakı Demokratik çoxluğun lideri Çak Şumer deyib.

“Helikopterin qəzaya uğradığı İranın şimal-qərbində çox pis, dumanlı hava var idi. Deməli, bu, bədbəxt hadisə kimi dəyərləndirilə bilər. Lakin iş hələ də araşdırılır”, - senator bildirib.

Qeyd edək ki, Rəisi və İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Abdullahianın olduğu "Bell-212" helikopteri Amerika istehsalıdır.