ABŞ tərəfindən tikilmiş müvəqqəti estakada vasitəsilə bu günə qədər 569 tondan çox humanitar yardım Qəzza zolağına çatdırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, bu yardım Böyük Britaniya, Avropa İttifaqı, BƏƏ, ABŞ və bir sıra digər tərəfdaşlar tərəfindən verilib.

Ötən həftə ABŞ Mərkəzi Komandanlığı yük maşınlarının Birləşmiş Ştatların inşa etdiyi müvəqqəti körpüdən istifadə edərək Qəzza zolağına humanitar yardım çatdırmağa başladığını bildirib.

 

Gözəl Həşimova