ABŞ müdafiə naziri Lloyd Ostin İsveçə gedəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveç hökumətinin rəsmi saytında məlumat verilib. Məluamat görə, səfər 19 apreldə baş tutacaq. Səfər çərçivəsində L. Ostin və İsveç müdafiə naziri Pal Yonson görüşəcəklər.

Görüş Muskö hərbi bazasında baş tutacaq.

Qeyd edək ki, bu, ABŞ müdafiə naziri Ostinin İsveçə ilk səfəridir.