"Ukrayna ilin sonuna qədər Rusiyanın bütün müdafiə xətlərini yarmaq üçün şanslarını 40-50% artırıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Economist" məlumat yayıb.  

Bildirilib ki, ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin təhlil direktoru Trent Mol Ukraynanın son zamanlar əldə etdiyi uğurların əhəmiyyətli olduğunu deyib.

Bununla belə, o xəbərdarlıq edib ki, məhdud sursat və pisləşən hava şəraiti Ukraynanın işini çətinləşdirəcək.

Müdafiə Kəşfiyyat İdarəsinin təhlil direktorunun fikrincə, Ukrayna silahlı qüvvələri bu il yekun uğur əldə edə bilməsələr belə, Zaporojye vilayətində mövqelərini müəyyən qədər genişləndirə, digər mövqelərini qoruyub saxlaya bilərlər. 

"Ukraynanın 2024-cü ildə yeni bir irəliləyiş üçün bütün imkanları olacaq", - qeyd edilib.