ABŞ iqtisadiyyatı bu ilin ikinci rübündə gözləntilərə uyğun olaraq 2,1 faiz artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi aprel-iyun ayları üzrə Ümumi Daxili Məhsulun (ÜDM) göstəriciləri üzrə yekun hesablamalarını açıqlayıb.

Müvafiq olaraq, ABŞ-də ÜDM ilin ikinci rübündə illik hesablamada 2,1 faiz artıb. Bazar gözləntisi də iqtisadiyyatın ikinci rübdə 2,1 faiz artacağı istiqamətində idi.

İkinci rübdə ABŞ iqtisadiyyatının böyüməsində mənzil, xarici sabit sərmayələrin, istehlak xərclərinin, dövlət və yerli hökumətlərin xərclərinin artması təsirli olmuşdur. Eyni dövrdə ixrac və idxal da azalıb.

İlin ikinci rübündə fərdi istehlak xərclərinin qiymət indeksində artım 2,5 faiz səviyyəsində qalıb. Şəxsi istehlak xərclərinin qiymət indeksi ilin birinci rübündə 4,1 faiz artıb.