Birləşmiş Ştatlar Yəmənin Ənsar Allah üsyançı hərəkatına bağlı olan Husi silahlılarına yardım göstərən üç şirkət və bir şəxsə sanksiya tətbiq edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məhdudiyyətlər Husilərə beynəlxalq gəmilərə hücumlar və sabitliyi pozan digər hərəkətlər həyata keçirməyə imkan verən maliyyə dəstəyində vasitəçilik etdiyi üçün İrana qarşı da tətbiq edilib. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin siyahısına əsasən, sanksiyalar Türkiyənin "Al Aman Kargo Ithalat Ihracat Ve Nakliyat Limited Sirketi", eləcə də Yəmənin "Al Rawda Exchange and Money Transfers Company", "Nabco Money" şirkətinə təsir edib.

Maliyyə Nazirliyi iddia edib ki, adıçəkilən şirkətlər və şəxslər İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölmələri) ilə əlaqəli olan Səid əl-Cemalın göstərişi ilə husilərə milyonlarla dolların köçürülməsinə töhfə veriblər.