"Dayanıqlı İnkişaf Məqsədləri" istiqamətində inkişaflar sürətlənməsə, 2030-cu ilə qədər 340 milyon qadın və qız həddindən artıq yoxsulluqla mübarizə aparacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Qadınlar Təşkilatı yoxsulluğun bütün formalarına son qoymağı hədəfləyən “Dayanıqlı İnkişaf Məqsədləri” çərçivəsində hesabat dərc edib.

Məlumata görə, 2030-cu ilə qədər 110 milyon qadın və qız təhsil imkanlarından məhrum olacaq. Bildirilib ki, keyfiyyət və kəmiyyət baxımından eyni olan işlərə görə qadınlara kişilərin qazancının yalnız 51% ödənilir. Bu vəziyyət davam edəcəyi təqdirdə isə qadınların demək olar ki, dörddə biri qida çatışmazlığı yaşayacaq.

Bundan əlavə, 131 milyon kişi və 236 milyon qadın iqlim dəyişikliyi səbəbindən qida çatışmazlığı ilə üzləşəcək.

 

Gözəl Həşimova