Rusiya federasiyasına bağlı Buryat respublikasında 28 il əvvəl bir diş həkiminin xəstənin damağına implant əvəzinə vint taxdığı ortaya çıxıb.
 
Moderator.az xəbər verir ki, 28 il əvvəl ağzında ağrı olduğu şikayəti ilə diş həkiminə müraciət edən xəstəyə dişlərinin demək olar ki, hamısının yararsız olduğu söylənilərək implant taxılıb. İllər sonra yenidən həkimə müraciət edən xəstə böyük sağlamlıq problemi ilə rastlaşıb.
Müayinə zamanı xəstənin çənə sümüklərinə bərkidilən implantların titanyum implant yox, maşınqayırmada istifadə olunan vintlərdən olduğu məlum olub. Həkimlər vəziyyəti xəstəyə bildirərək dərhal əməliyyat üçün razılıq alıb və xəstənin damağındakı vintləri çətinliklə çıxarıblar.
Xəstəxanada müşahidə altında saxlanılan xəstənin ağzından çıxan vintlərin fotosu çəkilərək mətbuata təqdim olunub. Həkimlərin xəstəxananın internet saytından verdiyi açıqlamada vintlərin paslı olduğu, damağa bərkidilən vintlərin normal şəraitdə çənə sümüklərini əridərək iltihaba yol açdığını və xəstənin ölümünə səbəb ola biləcəyini ifadə edib.
 
Həkimlər həmçinin xəstənin bu günə qədər bu vintlərlə yaşamasının qeyri-mümkün olduğunu da bildiriblər. Hadisənin polisə xəbər verildiyi, istintaq açıldığı, ancaq həkimin dünyasını dəyişdiyi üçün istintaqın yarımçıq qaldığı öyrənilib.