Yaponiyanın Honsyu adasındakı Noto yarımadasının ərazisi baş vermiş zəlzələ nəticəsində 4,4 kvadratmetr artıb. 

İqtisadiyyat.az xəbər verir ki, Yaponiya Coğrafiya Cəmiyyəti və Tokio Universitetinin Seysmologiya İnstitutunun apardığı araşdırmaya görə, dəniz dibinin yüksəlməsi bölgənin sahil xəttini bəzi yerlərdə 250 metr şimala doğru itələyib.

Yerli sakinlərin ifadəsinə görə, ərazinin genişlənməsi zəlzələdən sonra baş verib.

Əli Ağayev