Türkiyədə zəlzələ bölgəsində 9 azərbaycanlının axtarışları davam edir. İndiyədək onlardan hər hansı məlumat alına bilmir”.

Bunu Xaici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

A.Hacızadə qeyd edib ki, indiyədək 10 azərbaycanlının zəlzələdə həlak olması rəsmən təsdiqlənib.

XİN rəsmisi eyni zamanda, müraciətlər daxil olduqca təxliyə prosesinin davam etdiriləciyini vurğulayıb: “Ümumilikdə zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilən vətəndaşların sayı 513 nəfərdir”.