Bir müddətdir səhhətində ciddi problemlər olan və son günlərində COVID-19 ilə mübarizə aparan Konstantin dünən axşam saatlarında dünyasını dəyişib.

İtaliya və İngiltərədə yaşayan II Konstantin son illərində Yunanıstanda yaşamağa üstünlük verib.

Yunan dövləti 2003-cü ildə kral əmlakının müsadirə edilməsinə görə təzminat tələb edən keçmiş Krala 13 milyon avrodan çox pul ödəmişdi.