Yumurta kommunikesində istehsaldan sonra yumurtaların üzərində müəyyən rəqəmlərdən ibarət kodların çap edilməsi tələb olunur. 

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, yumurta nömrələmə sistemi ilə yumurtalar dörd əsas qrupa bölünür. Bu nömrələmə tək rəqəmli kodlardan ibarətdir və hər birinin özünəməxsus mənası var.

Yumurta kod 0 ilə başlayırsa, üzvi toyuq yumurtasıdır. 0 kodlu üzvi toyuq yumurtaları o deməkdir ki, toyuqların yaşayış sahəsi və qidası təbiidir. 

Kod 1 ilə başlayırsa, sərbəst böyüyən toyuğun yumurtasıdır. Bu toyuqların qida rasionunun orqanik olmasına zəmanət verilmir və tərkibində təbii maddələr olmayan sənaye yemləri ilə bəslənən toyuqlar da bu kodla satıla bilər. 

 Kod 2 ilə başlayırsa, qapalı mühitdə böyüyən toyuğun yumurtasıdır. Bu toyuqlar təbii mühitlərdə böyümürlər və yemlərinin təbii olduğunu söyləmək mümkün deyil.

Kod 3 ilə başlayırsa, bu, qəfəsdə böyüyən toyuğun yumurtası olduğunu göstərir. Bu yumurtaları istehsal etmək üçün müəyyən sistem və proqramlardan istifadə olunur. 

Yumurtanın üzərindəki təsnifat kodundan sonra yumurtanın üzərinə ölkə kodu, iş nömrəsi və quşçuluq evinin nömrəsi ilə bağlı məlumatlar çap olunur.