Məlumat verdiyimiz kimi, əməkdar mədəniyyət işçisi Oqtay Əliyev bir qədər əvvəl ailəsinin, yaxınlarının iştirakı ilə torpağa tapşırıldı.

İqtisadiyyat.az xəbər verir ki, dəfn mərasimində iştirak edən mərhumun qardaşı Elçin Əlibəyli jurnalistlərə açıqlama verib. O, qeyd edib ki, Oqtay Əliyev ürək xəstəliyindən əziyyət çəkməyib: 

“Ən son iki gün öncə görüşmüşdük. Qəzadan bir saat əvvəl telefonla danışdıq. O, mənim atamdan sonra böyüyüm idi. Ürək xəstəliyindən əziyyət çəkmirdi. Yalan məlumat yayıblar. Qardaşım heç bir əməliyyat keçirməyib. Patoloji Anatomiya Birliyindən aparılan araşdırmadan da məlum olub ki, ürəyində heç bir qüsur olmayıb. Güclü travmadan dünyasını dəyişib”.