Bakıda uşaqlar arasında Koksaki virusuna yoluxma qeydə alınmayıb. Hələlik bu virusa yoluxma diaqnozu ilə xəstəxanalara müraciət daxil olmayıb.

Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə, mətbuatda uşaqlar arasında virus mənşəli xəstəliklərin yayılması ilə bağlı məlumatlar yayılıb. Lakin hər hansı bir mənbəyə, yaxud rəsmi məlumatlara rast gəlinmir.

Respublikanın baş infeksionisti Cəlal İsayev idə Koksaki virusuna yoluxma hallarının qeydə alınmadığını bildirib. Baş infeksionist qeyd edib ki, buna baxmayaraq, yayda virus tipli xəstəliklərin yayılma ehtimalları var. Koksaki virusu enteroviruslara aiddir, əsasən su ilə yoluxa bilər. Buna görə də, xüsusilə uşağın hərarəti yüksələrsə dərhal həkimə, üstəlik bu sahənin mütəxəssisinə müraciət etmək lazımdır”.

Əlamətləri müşahidə edilsə belə Koksaki virusuna yoluxma diaqnozu yalnız analizlərin nəticələrindən sonra dəqiqləşdirilə bilər. Virusun törətdiyi xəstəlik kliniki gedişə malik olur, daha çox qripi xatırladır. İnfeksiyanın ən çoxt rast gəlinən əlamətləri diareya, ümumi intaksikasiya, spesifik səpkidir. Xəstəlik 39 dərəcə hərarət, baş ağrı, ağızda, əl və qollarda balaca yaralarla müşahidə olunur. Həkimə müraciət etməklə yanaşı immun sistemini gücləndirmək, pəhriz saxlamaq lazımdır.(Virtualaz.org)