"Veysəloğlu Şirkətlər Qrupu" Tədarük mallarının keyfiyyətinə və saxlanmasına nəzarət mütəxəssisi vəzifəsinə işçi axtarır 

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Keyfiyyətə nəzarət, qida təhlükəsizliyinin təminatı proseslərinin həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq;
- Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
- Tədarükçü dəyərləndirilməsi üçün ezamiyyətlərdə iştirak etmək;
- Spesifikasiyaların hazırlanması;
- Sahələrdə risk analizinin aparılması;
- Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;

Tələblər:

- Qida mühəndisliyi üzrə  biliklər;
- İş planlama və təşkil etmə bacarığı;
- İSO 9001:2008, BRC, İSO 22000:2005, İSO 22000:2010, İSO 10002:2004, İFS, Halal sertifikatlarındakı tələblər üzrə lazımi vəzifələri yerinə yetirmək;
- MS Office proqramları biliyi;
- Şəxsi avtomobilin olması mütləqdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtomobilasitəsinin amortizasiya və yanacaq xərclərinin qarşılanması;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 09:00-18:00

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Tədarük mallarının keyfiyyətinə və saxlanmasına nəzarət mütəxəssisi” yazmaqla müraciət edilir.