Ukraynanın Rusiya ilə iqtisadi münasibətləri dayandırması qeyri-mümkündür.

Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin Nazirlər Kabinetindəki nümayəndəsi Andrey Qerus “NewsOne” telekanalının efirində bildirib.

“Mən düşünürəm ki, bu gün bunu bacara bilmərik. Biz qlobal dünyada yaşayırıq, qəfildən iqtisadi münasibətləri dayandırmaq qeyri-realdır və mümkün deyil”, - Qerus qeyd edib.