Əskişəhərdə sakinlərin pis qoxudan şikayətləndiyi ev təxminən 40 ton zibildən təmizlənib.


İqtisadiyyat.az xəbər verir ki, Bələdiyyə Təmizlik İşləri Müdirliyi və Kənd Xidmətləri Müdirliyi qrupları, yaşayış binasının birinci mərtəbəsindəki mənzildən pis qoxu gəldiyinə dair şikayət əsasında hərəkətə keçib.

Z.O-nun evinə gedən qruplar otaqlarda uzun müddət gözləyən çürümüş ərzaq yığınları, paltarlar, plastik butulkalar, qalay qutular, taxta materiallar, məişət əşyaları, çanta və kağızlarla qarşılaşıblar.

Komandalar 40 tona yaxın zibil yığaraq maşınlara yükləyiblər.