31 Mart yerli seçkilərin qeyri-rəsmi nəticələri elan edildikdən sonra gözlər iqtisadiyyata dikəlib. İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, eçim arxada qalsa da bazarlarda heç bir rahatlıq yoxdur. Seçkidən sonrakı ilk iş günündə türk lirəsı də dəyişib. Cümə gününü 5.58 səviyyəsində başa vuran dollar dünən gecə 5.58 -dən 5.61-e yüksəlib. Səhər 5,57 səviyyəsinə çatan dollar  5.70-ni keçib və  günorta saatlarında valyuta məzənnəsi 5.53 səviyyəsinə enib.

Bazardakı dalğalanmanın iki səbəbi var: İki böyük şəhərdə nəticələrə etiraz edəcəyinin açıqlanması və Türkiyənin yenidən erkən seçkiyə gedəcəyinə dair fikirlər. Ancaq həm AĞ Partiyadan, həm də müxalifət cəbhəsindən gələn ifadələr, erkən seçkiləri istənilmir. Ekspertlərin fikrincə, bu dövr iqtisadi, sosial və siyasi islahatlar üçün böyük imkandır. İş dünyası da bununla razılaşır.

Baş nazir Rəcəb Tayyib Ərdoğan dünən gecə etdiyi çıxışında, iqtisadi islahat prosesi olacağını ifadə edərək, "İndi iqtisadiyyata uzun müddət diqqət yetiririk"-deyib. Beləliklə, gözlər yeni iqtisadiyyata və 8 aprel tarixində Maliyyə Naziri Berat Albayraq tərəfindən elan ediləcək islahat paketinə çevrilib. Nazir Albayraq ötən həftə seçkilərdən sonra islahat dövründə balanslaşdırmanın müsbət təsirlərinin iqtisadiyyatda aparılacağını söyləyib. Bazarların struktur dəyişikliyi, məşğulluğun təşviq edilməsi, idxal əvəzinin artırılması və xarici investisiyaların təşviq edilməsinin islahatlara daxil olacağı gözlənilir.