Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankı (AMB) 18 yoxlama və 47 nəzarət tədbiri həyata keçirib.

İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, 6 ayda Mərkəzi Bank maliyyə sektoruna 135,609 min manat cərimə və maliyyə sanksiyası tətbiq edib.

Hesabat dövründə AMB maliyyə sektorunda 37 lisenziyanın ləğvi, dayandırılması və ya məhdudlaşdırılması ilə bağlı tədbir görüb. Belə ki, 6 ayda 28 fiziki və 2 hüquqi şəxs sığorta agentlərinin lisenziyası dayandırılıb, 6 fizki şəxs və 1 müstəsna hüquqi şəxs sığorta agentinin lisenziyası isə ləğv edilib.