Azərbaycan Mərkəzi Bankı (AMB) “Finca Azerbaijan”ın vəzifəli şəxsini cərimə edib.

İqtisadiyyat.az Valyuta.az-a istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində pozuntu halı aşkarlanıb. 

Məlumata görə,  “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq MM “Finca Azerbaijan” QBKT-nin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib. 

Başqa sözlə, kredit reyestrinə aid olan məlumatların ötürülməsində yalnışlığa yol verib və ya məlumatları vaxtında və düzgün formada təqdim etməyib.  

Xatırladaq ki, "Finca Azerbaijan" 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Mikromaliyyə təşkilatı Hollandiya şirkəti olan FINCA Microfinance Corperatief U.A.-nın törəmə müəssisəsidir.