Azərbaycan banklarının faiz xərclərinin həcminə görə, bu ilin yanvar-iyun aylarında ilk yerdə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) olub.
İqtisadiyyat.az Valyuta.az-a istinadən xəbər verir ki, bankın faiz xərclərinin həcmi 2023-cü ilin birinci yarısı ilə müqayisədə 48,8 % artaraq 96 milyon 663 min manata çatıb.
Bu ilin hesabat dövründə “Kapital Bank”ın faiz xərclərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 91,6 % artaraq 92 milyon 629 min manat olub.
Valyuta.az Azərbaycanda fəaliyyət göstərən əsas 10 bankın faiz xərclərinə görə renkinqini təqdim edir.