Vüqar Bayramov: “Proseslər birbaşa olmasa da, dolayısı ilə Azərbaycana da təsir edəcək”

Türkiyənin Rusiyadan S-400 raketləri almasından sonra ABŞ-ın qardaş ölkəyə qarşı sanksiyalar tətbiq edəəcyi ilə bağlı informasiyalar yayılmaqdadır.

Türkiyəyə təbiq ediləcək bu sanksiyalar Azərbaycan iqtisadiyyatı üçün də hər hansı təhlükə yarada bilərmi?

İqtisadçı alim Vüqar Bayramov Azərbaycanın da bu sanksiyalardan dolayısı ilə təsirlənə biləcəyini vurğuladı:

“Türkiyə Azərbaycan üçün qeyri-neft sektorunda vacib tərəfdaşlardan biridir. Ölkəmizin qeyri-neft məhsullarının ixracatında Türkliyənin payı Rusiyadan sonra ikincidir. Yəni, qeyri-neft məhsullarımızın təxminən 30%-i Türkiyəyə ixrac edilir. Əgər lirənin ucuzlaşması baş verərəsə, bu Azərbaycan məhsullarının Türkiyə bazarına ixracına müəyyən çətinliklər yaradacaq. Azərbaycan məhsullarının türk bazarında bahalaşması baş verə bilər ki, bu da bizim məhsullarımızın rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər. Lirənin ucuzlaşması türk məhsullarının ölkəmizə idxalının artmasına səbəb olacaq.

ARDNŞ son illər  türk iqtisadiyyatına 15 milyard dollar investisiya yatırıb. Odur ki, Azərbaycan Türkiyə iqtisadiyyatının inkişafında maraqlıdır. Türkiyə Azərbaycan üçün qardaş və strateji ölkədir. Digər tərəfdən, Azərbaycan Türkiyə iqtisadiyyatında əsas sərmayəçilərdən biri kimi çıxış etməkdədir.  Bu səbəbdən də hesab edirəm ki, Türkiyə iqtisadiyyatının zəifləməsinin ölkəmiz üçün birbaşa olmasa da, dolayısı ilə təsirləri olacaq”.