Fransa "TikTok" sosial şəbəkəsinin sahibi olan "ByteDance" şirkətini cərimələyib.

Rəsmi Paris onlayn izləmə ilə əlaqəli çatışmazlıqlara görə şirkətə 5 milyon avro cərimə təyin edib.

Cərimənin "tiktok.com" vebsaytına aid olduğu bildirilib. Qeyd olunub ki, saytda ölkənin onlayn izləmə ilə əlaqəli qaydaları pozulub.

Qeyd edək ki, "TikTok" 2016-cı ildə yaradılıb. Video platformada təhlükəsizlik qaydaları ilə bağlı problemlər olduğu üçün bir sıra ölkələrdə qadağan edilib.