Türk Hava Yollarına (THY) məxsus Entebbe-İstanbul sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra quş sürüsünə girib.


Uqandanın Entebbe şəhərindən İstanbul Hava Limanına çatacaq TK 606 reys nömrəli Airbus A330 tipli sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra quş sürüsünün içinə düşüb.

Daha sonra uçuş heyəti bir müddət sonra lazımi yoxlamaları etmək üçün Entebbeyə qayıdıb.

Təyyarədə edilən nəzarətlər zamanı uçuşun icrasında heç bir problem aşkar edilməyib.

Entebbedən yenidən havaya qalxan THY təyyarəsi axşam saatlarında İstanbul Hava Limanına eniş edib.