Fins.az xəbər verir ki, “Gazprom”un məlumatına 2019-cu ilin birinci rübündə Türkiyənin Rusiyadan idxal etdiyi təbii qazın həcmi ötən ilin eyni dövrünə görə 43 faiz azalaraq 4,5 milyard kubmetr olub. Qeyd edək ki, Türkiyə keçən ilin ilk rübündə Rusiyadan 7,9 milyard kubmetr qaz idxal etmişdi.

Beləliklə, cari ilin 3 ayında Türkiyənin Rusiyadan təbii qaz idxalı 2010-cu ilin ilk rübündəki - 4,3 milyard kubmetrlik göstəricidən sonra ən aşağı səviyyəyə enib.