Çinlə suverenlik münaqişəsində olan Tayvanın artan müdafiə təhdidlərinə qarşı 3000 yeni pilotsuz uçuş aparatı (PUA) donanması yaratmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Taipei Times qəzeti məlumat yayıb.

Tayvanın Müdafiə və İqtisadiyyat Nazirliyi, Milli Elm və Texnologiya Şurası və Milli Çunq-Şan Elm və Texnologiya İnstitutunun (CSIST) nümayəndələrindən ibarət nümayəndə heyəti bu məsələ üzərində işləyir.

Nümayəndə heyətinin verdiyi açıqlamaya görə, layihə çərçivəsində hərbi məqsədlər üçün istifadə olunacaq təxminən 3000 İHA-nın tədarükü üçün 9 istehsalçıdan prototiplər hazırlaması istəniləcək.

Müdafiə Nazirliyi tenderə qatılacaq şirkətlərdən Çin mərkəzli şirkətlərdən maliyyə dəstəyi almadıqlarını, Çin şirkətləri ilə ortaqlıq əlaqələrinin olmadığını, Çində istehsal olunan məhsul və hissələrdən istifadə etməyəcəklərini sübut etmələrini istəyəcək.