Azərbaycanda bu ilin yanvar-avqust aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 148,2 milyon manatlıq məhsul istehsal olunub.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə kompüter, elektron və optik məhsulların istehsalı 80,4% artıb, elektrik avadanlıqlarının istehsalı isə 0,7% azalıb. 

Dövr ərzində stolüstü kompüterlərin istehsalı 3,1 dəfə, ölçmə cihazlarının istehsalı 98,4% artıb.

 

Gözəl Həşimova