LPO ASC “Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcək.

“Standard Insurance”-ın sığorta şirkətinin ləğvetmə komissiyasından Fins.az-a verilən məlumata görə, ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil onların ümumilikdə satış qiyməti olan 1.150.000 (bir milyon yüz əlli min) manatdan 15% aşağı olmaqla, yəni 977 500 (doqquz yüz yetmiş yeddi min beş yüz) manata təkrar açıq hərraca çıxarılacaq. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 23 dekabr 2021-ci il tarixində saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.

Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 9 775 (doqquz min yeddi yüz yetmiş beş) manat məbləğində beh ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

 Daşınmaz əmlak növü Ünvanı Ümumi sahəsi Hərrac qiyməti

 

AZN

Beh

 

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 56.6 м² 977 500 9 775
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 46.5м²
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 52.7 м²
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 114.7 м²

 

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən  əldə etmək münkündür:

https://birjanews.az/herrac-elanlar/91

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir  və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladaq ki, əmlak ilkin olaraq 2.000.000 (iki milyon) manata şatışa çıxarılıb.