"Fast food" şəbəkəsi "McDonald's"ın satışları və gəliri artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "McDonald's" 2024-cü ilin birinci rübü üçün balans hesabatını açıqlayıb

Hesabat dövründə "McDonald's"ın gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 6,17 milyard dollara çatıb. Şirkət 2023-cü ilin eyni rübündə təxminən 5,9 milyard dollar gəlir əldə edib.

"McDonald's"ın xalis mənfəəti isə birinci rübdə 7% artaraq 1,9 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 1,8 milyard dollar mənfəət əldə edib.

Şirkətin ötən ilin birinci rübündə 2,45 dollar olan səhm üzrə mənfəəti bu ilin birinci rübündə 2,66 dollara yüksəlib.

Məlumata görə, bu ilin birinci rübündə şirkətə qarşı istehlakçı təzyiqləri davam edib. Buna səbəb isə "McDonald's"ın İsrail şirkətinin İsrail əsgərlərinə pulsuz yemək paylayacağına dair açıqlaması olub.

 

Gözəl Həşimova