Moskvalı satıcı SSRİ xainlərinin siyahısı olan nadir kitabı satışa çıxarıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mash məlumat yayıb.

Nəşrin məlumatına görə, xarici kəşfiyyat agentləri və digər dövlət cinayətkarları haqqında məlumatların yer aldığı əsəri 12 milyon rubla almaq mümkündür.

Adı çəkilən 800 kitabdan yalnız üç nüsxəsi günümüzə gəlib çatmışdır. Bildirilir ki, onlardan biri Lubyankadakı muzeydə, ikincisi Nyu-Yorkda, üçüncüsü isə Rusiyada satılacaq.

Hazırkı sahiblərinin sözlərinə görə, onlar kitabı əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış qohumlarından miras alıblar.

.Qeyd edək ki, siyahı 1964-cü ildə DTK tərəfindən tərtib edilib.