İqtisadiyyat.az türk mediasına istinadla bildirir ki, 15 gün sonra həmin albalılar bazarlarda piştaxtada və süfrələrdə olacaq. Bir tərəfdən ağaclardakı bolluq, bir tərəfdən də məhsulların Çin bazarlarına girməsi sahibkarların üzünü güldürüb.

Mikroiqlimə malik olan Manisanın Səzzadələr mahalının Sancaqlıbozkənd məhəlləsi, şimal yarımkürəsinin ilk albalı məhsulunu dərməyə hazırlaşır. İqlimə görə 15-20 gün sonra erkən albalı yığmağa hazırlaşan istehsalçılar, bu il həm məhsul bolluğuna, həm də Çin kimi yeni bazarların olması səbəbilə qiymətlərin baha olacağına sevinirlər. Manisa Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinin məlumatlarına görə 2018-ci ildə Manisadan Avropa ölkələri başda olmaqla,  Rusiyaya, Kanadaya və Uzaq şərqə 32 min 808 ton albalı ixrac edilib. Bu rəqəmin yeni mövsümdə daha da artması gözlənilir.