“Qardaşım xəstələnsə, orqanlarını bağışlamaq üçün doğulmuşam”.

İqtisadiyyat.az xəbər verir ki, bunu İngiltərə şahzadəsi Harri “Əvəzedici” kitabında yazıb.

Şahzadə Harri bu dəfə “Backup” adlı xatirə kitabı ilə gündəmə düşüb.

O, kitabında taxtın bir nömrəli varisi olan böyük qardaşı Şahzadə Uilyamın ehtiyac olarsa orqanlarını bağışlaya bilməsi üçün doğulduğunu iddia edib.

Gündəmə bomba kimi düşən kitabdakı iddialara ingilislər reaksiya verir. Lakin Bukingem Sarayı hələ də iddialara cavab vermir.

Qeyd edək ki, şahzadə Britaniya kral ailəsindəki vəzifələrini tərk edərək, həyat yoldaşı Meqan Markl ilə ABŞ-da məskunlaşıb.