Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin və Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan arasında görüş olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, diplomatlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh prosesindəki vəziyyəti müzakirə edib.