Rusiya bir il əvvəl həbs etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin veteran hərbçisi Taylor Dadleyi azad edib.

Bu barədə CNN məlumat yayıb.

Miçiqan ştatının Lansing şəhərindən olan 35 yaşlı Dadley 2022-ci ilin aprelində Kalininqradda Polşa sərhədini keçdikdən sonra rus sərhədçiləri tərəfindən saxlanılıb. O, Polşada musiqi festivalında iştirak edirmiş və sərhədi niyə keçdiyi məlum deyil.

Amerikalı hərbçi Polşa sərhədində ABŞ-ın Varşavadakı səfirliyinin nümayəndəsinə təhvil verib.